​Xədicə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib

​Xədicə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur
Hadisə
5 Dekabr , 2014 19:10
​Xədicə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Jurnalist Xədicə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil Elton Quliyevin "Report"a verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. Bu maddə ilə ittiham olunan şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Son xəbərlər

Orphus sistemi