Yuxarı

​Xədicə İsmayıl Ali Məhkəməyə müraciət edib

Məhkəmənin başlanma tarixi yaxın günlərdə bəlli olacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ "Azadlıq Radiosu"nun həbsdə olan əməkdaşı Xədicə İsmayıl Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə "Report"a X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, bu gün kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib: "Kassasiya şikayətini Ali Məhkəməyə təqdim etdik. Məhkəmənin başlanma tarixi yaxın günlərdə bəlli olacaq".

Qeyd edək ki, ötən ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi