Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə casusluqla məşğul olan şəxs məlumatları Azərbaycandan çıxarmağa çalışarkən saxlanılıb

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə casusluqla məşğul olan şəxs məlumatları Azərbaycandan çıxarmağa çalışarkən saxlanılıb Dövlətə xəyanət edən dəstə ifşa olunub
Hadisə
19 İyul , 2017 12:32
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə casusluqla məşğul olan şəxs məlumatları Azərbaycandan çıxarmağa çalışarkən saxlanılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılan məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Bu barədə "Report"a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, dövlətə xəyanət faktı üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılan cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.  

İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Son xəbərlər

Orphus sistemi