Xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması ilə bağlı 4 iş rədd edilib

Xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması ilə bağlı 4 iş rədd edilib Həmin işlərdən 3-ü 2019-cu ildən qalıq keçmiş, 15-i isə hesabat dövründə daxil olub
Hadisə
26 Fevral , 2021 17:25
Xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması ilə bağlı 4 iş rədd edilib

2020-ci ildə kommersiya kollegiyasının icraatında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması ilə bağlı 18 iş olub.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda bildirilib.

Həmin işlərdən 3-ü (16,7 %) 2019-cu ildən qalıq keçmiş, 15-i (83,3%) isə hesabat dövründə daxil olub.

Xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınmasına dair icraatda olmuş 18 işdən 11-nə (61,1 %) baxılılb, 7-si (38,9 %) isə 2021-ci ilə qalıq keçib.

11 işdən 7 iş üzrə xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması barədə müraciətlər təmin edilib, 4 iş üzrə rədd edilib.

Son xəbərlər

Orphus sistemi