Xanəndənin qardaşı: "Novruzu və dostunu öldürüblər"

Xanəndənin qardaşı: "Novruzu və dostunu öldürüblər" Ağcabədi. 2 avqust. REPORT.AZ/ Qardaşımı və dostunu öldürüblər.
Hadisə
2 Avqust , 2018 14:52
Xanəndənin qardaşı: Novruzu və dostunu öldürüblər
0 : 00
0 : 00

Ağcabədi. 2 avqust. REPORT.AZ/ "Qardaşımı və dostunu öldürüblər".

Bunu "Report"un Qarabağ bürosuna Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində avqustun 2-də meyiti tapılan xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov bildirib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl qardaşi dostu Miryusiflə Bakıdan onların yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndinə qonaq gəliblər: "Dostlar nahar etdikdən bir müddət sonra Ağcabədi şəhərinə gəzməyə getdiklərini bildirərək evdən çıxıblar. Gecə saat birdə evə qayıdıblar. Daha sonra hər ikisi səhər saat 5 radələrində evdən çıxıblar. Novruz anasına Miryusifə dərman almaq üçün şəhərə aptekə getdiklərini söyləyib. Səhər saat 8 radələrində kənd icra nümayəndəsi zəng edərək onların qəza keçirdiyini xəbər verdi. Ailə Novruzun hadisədən bir-iki gün əvvəl avtomobil almasından xəbərsiz olub".

A.Hüseynov deyib ki, şubhələndiyi şəxs var, ancaq ad çəkməyib. 

Son xəbərlər

Orphus sistemi