“Xalq Bank”ın filial rəhbəri dənizdə boğulub

“Xalq Bank”ın filial rəhbəri dənizdə boğulub “Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub”.
Hadisə
21 iyun 2020 13:13
“Xalq Bank”ın filial rəhbəri dənizdə boğulub

“Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub”.

Bu barədə “Report”a “Xalq Bank”dan bildirilib. 

Qeyd edilir ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov köməyə atılıb. Şahidlərin sözlərinə görə Y.Məmmədov üzüb uşaqlara çataraq onları xilas edib, amma özü boğulub.

Son xəbərlər

Orphus sistemi