Bakı. 29 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş verən qəzada xəsarət alan və xəstəxanada müalicə olunan neftçilərin hamısı evə buraxılıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.
SOCAR rəsmisinin sözlərinə görə, artıq işçilərdən bir neçəsi işə qayıdıb: "Onlardan artıq 5-i öz iş yerlərinə dönüb. Müalicə olunan şəxslərə xəstəlik kağızına əsasən yardımlar ediləcək".