Xaçmazın Mərkəzi bazarında yanğın olub

Xaçmazın Mərkəzi bazarında yanğın olub Yanğın saat 00:38-də söndürülüb
Hadisə
23 Yanvar , 2015 08:18
Xaçmazın Mərkəzi bazarında yanğın olub

BAKI. 23 yanvar. REPORT.AZ/ Xaçmaz şəhərinin Mərkəzi bazarında beş anbar yanıb. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumatına görə, ümumi sahəsi 2000 kv.m olan Mərkəzi bazarın ərazisində yanğın baş verib.

Nəticədə vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar, digər ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyü 45 kv.m və içərisinə yığılmış mallar 10 kv.m sahədə, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar 5 kv.m sahədə, ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Digər bitişik tikilmiş anbarlar yanğından mühafizə olunub.

Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi