Xaçmazda yük və minik maşınları toqquşub, 3 nəfər ölüb və 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Xaçmazda yük və minik maşınları toqquşub, 3 nəfər ölüb və 2 nəfər xəsarət alıb - YENİLƏNİB İki nəfər sərnişinin cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarılıb
Hadisə
18 Fevral , 2018 23:02
Xaçmazda yük və minik maşınları toqquşub, 3 nəfər ölüb və 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Xaçmaz. 18 fevral. REPORT.AZ/ Xaçmaz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adı məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə nəticəsində Quba rayonunun Nügədi kənd sakinləri - 1994-cü il təvəllüdlü Rəşid Heydər oğlu Qasımov, 1972-ci il təvəllüdlü Zülfüqar Cəfər oğlu Şahbazov hadisə yerində, 1973-cü il təvəllüdlü Elçin Əli oğlu Əliyev yerləşdirldiyi xəstəxanada ölüb. 

Hadisə nəticəsində iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar -  Cavid Zülfüqarov və İftixar Hacıyevin müalicəsi davam etdirilir. 


***19:56

Xaçmaz. 18 fevral. REPORT.AZ/ Xaçmaz rayonunda iki nəfərin ölümü üç nəfərin xəsarət alması nəticələnən ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Ağyazı Buduğ kəndi ərazisində baş verib. 

 Belə ki, "KamaAZ" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi