Xaçmazda yol qəzasında yaralanan qadın Bakıya göndərilib

Xaçmazda yol qəzasında yaralanan qadın Bakıya göndərilib Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
26 Dekabr , 2019 15:52
Xaçmazda yol qəzasında yaralanan qadın Bakıya göndərilib

Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Üçgünqışlaq kənd sakini, 1938-ci il təvəllüdlü İkram Gülbala oğlu Əliyev idarə etdiyi avtomobili yol kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində sürücü İ.Əliyev sükan arxasında ölüb, həyat yoldaşı İlhamə Məmməd qızı Gülməmmədova travmatik şok vəziyyəti, aşağı ətrafların çoxsaylı sınığı və hissə amputasiyası xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Yaralıya tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan təcili tibbi yardım avtomobili ilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi