Xaçmazda yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Xaçmazda yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Xaçmaz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
21 Mart , 2019 00:16
Xaçmazda yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Xaçmaz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Gəndob-Yalama magistralında baş verən qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yralılar:

Xaçmaz rayonu, Hacılar kənd sakini, 2003-cü il təvəllüdlü  Balamirzə Ağamirzə oğlu Bayramov,

Xaçmaz rayonu, İlxıçı Məmmədxanlı kənd sakini, 1971-ci il təvəllüdlü Taleh Mirzəbəy oğlu Kərimov,

Xaçmaz rayonu, İlxıçı Məmmədxanlı kənd sakini, 2005-ci il təvəllüdlü Şahanə Taleh qızı Kərimova, 

Xaçmaz rayonu, İlxıçı Məmmədxanlı kənd sakini, 2006-cı il təvəllüdlü Nüşabə Taleh qızı Kərimovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 22:41

Xaçmaz rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, qəza Gəndob-Yalama yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza  zamanı 4 nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi