Xaçmazda yaşayış evi yanıb, bir nəfər xəsarət alıb

Xaçmazda yaşayış evi yanıb, bir nəfər xəsarət alıb Hadisə rayonun Əhmədoba kəndində qeydə alınıb
Hadisə
25 Mart , 2017 13:42
Xaçmazda yaşayış evi yanıb, bir nəfər xəsarət alıb

Bakı. 25 mart. REPORT.AZ/ Xaçmaz rayonunda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarəti alıb. 

"Report"un məlumatına görə, hadisə rayonun Əhmədoba kəndində qeydə alınıb. 

Kənd sakininə məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbisində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi