Xaçmazda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var

Xaçmazda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki
Hadisə
11 Dekabr , 2020 21:02
Xaçmazda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var

Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi