Yuxarı

Xaçmazda uşaq bağçası və ona bitişik üç ev yanıb - FOTO - VİDEO - YENİLƏNİB

Hazırda yanğın davam edir

Xaçmaz. 19 iyun. REPORT.AZ/ Xudatın Şollar qəsəbəsində yerləşən 1 saylı uşaq bağçasında baş verən yanğın daha da genişlənərək yaxınlıqdakı evlərə keçib.

"Report"un Şimal bürosunun məlumatına görə, nəticədə bağça ilə yanaşı yerli sakinlər Babayev Şükür Atabala oğlu, Dadaşov Yavər İbrahim oğlu və Mamedov Fərhad Qafar oğluna məxsus yaşayış evləri də yanıb.

Hazırda yanğın davam edir.

***18:32

Xaçmazın Xudat şəhərinin Şollar qəsəbəsində yerləşən uşaq bağçasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Xidmətindən "Report"un Şimal bürosuna verilən məlumata görə, hadisə yerinə rayonun özündən 2, Xudat və Qusardan isə ümumilikdə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hazırda yanğın bağçaya bitişik evlərdən birinə də keçib. Yaxınlıqdakı daha 3 ev yanma təhlükəsi altındadır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi