Xaçmazda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Xaçmazda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib Keçirilən reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.
Hadisə
992
26 Noyabr , 2020 12:27
Xaçmazda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda mütəmadi olaraq maarifləndirici reydlər keçirirlər.

Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara açıq havada və qapalı məkanlarda özlərinin və ətraflarının sağlamlıqları üçün mütləq qaydada tibbi maskadan istifadə etmələrinin və sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər.

Keçirilən reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi