Xaçmazda tanışını bıçaqlayan şəxs polisə təslim olub

Xaçmazda tanışını bıçaqlayan şəxs polisə təslim olub Sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.
Hadisə
28 Sentyabr , 2021 10:29
Xaçmazda tanışını bıçaqlayan şəxs polisə təslim olub

Xaçmazda tanışını öldürmək istəyən şəxsə cinayət işi başlanılıb.

Bu barədə "Report"a rayon prokurorluğundan bildirilib.

Belə ki, sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərşəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı Teymur Mustafayevi bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi