Xaçmazda tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Xaçmazda tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb Xaçmaz rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Neman Rəhmətullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
29 Yanvar , 2022 09:45
Xaçmazda tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Xaçmaz rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Neman Rəhmətullayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 25-də Xaçmaz rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Neman Rəhmətullayev, həmyerlisi və tanışı Teymur Mustafayevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla 5 zərbə vurub.

Sentyabrın 26-da N.Rəhmətullayev könüllü olaraq polisə təslim olub və o, şübhəli şəxs qismində istintaqa cəlb edilib.

İstintaq dövründə onun barəsində Cinayət Məclləsinin 126.2.4-cü ( Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi