Xaçmazda sürücü törətdiyi yol qəzasında ölüb

Xaçmazda sürücü törətdiyi yol qəzasında ölüb Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
755
28 Noyabr , 2021 20:22
Xaçmazda sürücü törətdiyi yol qəzasında ölüb

Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Quba-Rusiya avtomobil yolunun (İpək yolu- Red) Xaçmaz rayonu, Qımıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qeyd edək ki, Xaçmaz rayonu Çuxuroba kənd sakini, 40 yaşlı Rüstəmov Niyazi Əmirəli oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi