Xaçmazda sərxoş piyadanı avtomobil vurub

Xaçmazda sərxoş piyadanı avtomobil vurub Xaçmaz. 12 sentyabr. REPORT.AZ/ Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Sentyabr , 2018 19:02
Xaçmazda sərxoş piyadanı avtomobil vurub

Xaçmaz. 12 sentyabr. REPORT.AZ/ Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1956-cı il təvəllüdlü Telman Babayev yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

T.Babayevin yolu keçərkən sərxoş vəziyyətdə olduğu bildirilir.  

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi