Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən şəxs vəkilindən imtina edib

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən şəxs vəkilindən imtina edib Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdidilib.
Hadisə
20 Noyabr , 2017 11:54
Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən şəxs vəkilindən imtina edib
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdidilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən V.Rüstəmov müdafiəçisinin olmadığını, ondan imtina etdiyini söyləyib.

Daha sonra V.Rüstəmov yeni vəkillə müqavilə bağlayacağını deyib və məhkəmədən vaxt istəyib.

Məhkəmədə mərhum iş adamı İlqar Məmmədovun həyat yoldaşı çıxış edib. O iddia edib ki, ötən prosesdən sonra təqsirləndirilən V.Rüstəmovun anası onu ölümlə hədələyib: "Mənə dedi ki, səni də öldürtdürəcəm. Həyatımız təhlükədədir".

V.Rüstəmovun anası isə deyilənlərin yalan və böhtan olduğunu söyləyib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

Təqsirləndirilən şəxslərdən Q.Kərimov özünü qismən, F.Axverdiyev və V.Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Son xəbərlər

Orphus sistemi