Xaçmazda sahibkarı qətlə yetirən şəxslərin cinayət işi prokurorluğa qaytarılıb

Xaçmazda sahibkarı qətlə yetirən şəxslərin cinayət işi prokurorluğa qaytarılıb Məhkəmə vəsatəti təmin edib
Hadisə
18 Dekabr , 2018 15:57
Xaçmazda sahibkarı qətlə yetirən şəxslərin cinayət işi prokurorluğa qaytarılıb
Report
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşı vəsatət qaldırıb.

O, vəsatətində cinayət işinin istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını, bu işdə ayrı şəxslərin əlinin olub-olmamasının araşdırılmasını istəyib.

Həmçinin vəsatətdə zərərçəkmişin hüquqi varisi qeyd edib ki, ona dəymiş zərər 1 milyon dollardır.

Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.

Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla F.Axverdiyevun 20 il və Q.Kərimovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar.

Son xəbərlər

Orphus sistemi