Bakı. 14 avqust. REPORT.AZ/ Xaçmaz rayonunda 1 nəfər dənizdə batıb.
"Report" xəbər verir ki, xilasedicilər hadisə yerinə cəlb olunaraq Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.