Xaçmazda qadınlar arasında dava olub, birinin əri bıçaqlanıb

Xaçmazda qadınlar arasında dava olub, birinin əri bıçaqlanıb Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.
Hadisə
16 Dekabr , 2021 11:12
Xaçmazda qadınlar arasında dava olub, birinin əri bıçaqlanıb
Mərziyyə Qədiyeva
0 : 00
0 : 00

Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi