Xaçmazda qətlə yetirilən sahibkarın oğlu məhkəmədə dindirilib: "Evdə 1,5 milyon manat pul olub"

Xaçmazda qətlə yetirilən sahibkarın oğlu məhkəmədə dindirilib: "Evdə 1,5 milyon manat pul olub" Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Reportun xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən İlqar Məmmədovun oğlu Vüqar Məmmədov ifadə verib.
Hadisə
674
18 Dekabr , 2017 13:27
Xaçmazda qətlə yetirilən sahibkarın oğlu məhkəmədə dindirilib: Evdə 1,5 milyon manat pul olub
Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən İlqar Məmmədovun oğlu Vüqar Məmmədov ifadə verib.

O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: "2008-ci ildən Bakıda qalıram. Xaçmaza bayramdan-bayrama gedirdim".

V.Məmmədov qeyd edib ki, atasını təqsirləndirilən şəxslərin üçü birgə qətlə yetirib: "Hadisə zamanı evdə 1 milyon 500 min manata yaxın pul olub".

Onun sözlərinə görə, atası ilə hadisədən bir il əvvəl görüşüb: "Hadisənin necə baş verdiyini görməmişəm, lakin bu barədə sonradan məlumatım olub. Evdə olan pulun nə qədər olması barədə məlumatımın dövriyyədə olan mallarla bilirdim. Atam rayonda sahibkar idi. Atamla birgə fabrik açmaq fikrimiz var idi".

V.Məmmədov vurğulayıb ki, anası da Binə Ticarət Mərkəzində ticarətlə məşğul olur.

Məhkəmədə məlum olub ki, V.Məmmədov 1,5 milyon manatlıq mülki iddia qaldırıb.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

Təqsirləndirilən şəxslərdən Q.Kərimov özünü qismən təqsirli bilib, F.Axverdiyev və V.Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Son xəbərlər

Orphus sistemi