Xaçmazda qayınata gəlinini bıçaqla qətlə yetirib

Xaçmazda qayınata gəlinini bıçaqla qətlə yetirib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
22 İyul , 2016 11:57
Xaçmazda qayınata gəlinini bıçaqla qətlə yetirib

Xaçmaz. 22 iyul. REPORT.AZ/ Xaçmaz rayonunda qətl hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Məlikməmməd Adıgözəlov keçmiş gəlini Rəmziyyə Əbdürrəhmanovaya bıçaqla xəsarət yetirib. R.Əbdürrəhmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Adıgözəlov tutulub. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi