Xaçmazda qanunsuz ağac emal edən sexlər barədə araşdırma aparılır

Xaçmazda qanunsuz ağac emal edən sexlər barədə araşdırma aparılır Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçma
Hadisə
15 Dekabr , 2023 11:34
Xaçmazda qanunsuz ağac emal edən sexlər barədə araşdırma aparılır

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Xaçmazda təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması halları ilə bağlı araşdırma aparır.

Bu barədə "Report"a DİN-dən məlumat verilib.

Bildirilib ki, dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.

Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi