Xaçmazda qadını avtomobil vurub

Xaçmazda qadını avtomobil vurub Xaçmaz. 22 noyabr. REPORT.AZ/ Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Noyabr , 2018 21:48
Xaçmazda qadını avtomobil vurub

Xaçmaz. 22 noyabr. REPORT.AZ/ Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhərin "Karusel" adlanan ərazisində 1964-cü il təvəllüdlü yerli sakin Mirzəyeva Məlahət Şəfi qızını avtomobil vurub.

Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

Bundan əvvəl Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi