Xaçmazda qadın dəm qazından ölüb

Xaçmazda qadın dəm qazından ölüb Xaçmazda yerli sakin dəm qazından zəhərlənərək ölüb.
Hadisə
13 Dekabr , 2021 22:58
Xaçmazda qadın dəm qazından ölüb
0 : 00
0 : 00

Xaçmazda yerli sakin dəm qazından zəhərlənərək ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Müxtədir qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Ceyran Həsən qızı Qədirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Hadisə yerinə Xudat şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

C.Qədirovanın meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi