Xaçmazda piyadanı maşın vurub, digər avtomobil isə üzərindən keçib - YENİLƏNİB

Xaçmazda piyadanı maşın vurub, digər avtomobil isə üzərindən keçib - YENİLƏNİB ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
9 Dekabr , 2018 21:00
Xaçmazda piyadanı maşın vurub, digər avtomobil isə üzərindən keçib - YENİLƏNİB

Xaçmaz. 9 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayonun Çaxçaxlı kənd sakini Ədalət Məmmədov olub. 

Onun meyiti muayinə olunması Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 20:16

Xaçmaz. 9 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Çaxçaxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini əvvəl "Niva" markalı avtomobil vurub, daha sonra "Qazel" markalı avtomobil isə sürətlə hərəkətdə olduğundan onun üzərindən keçib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib.

Bundan əvvəl rayonun Çinartala kəndi ərazisi piyadanı maşın vuraq öldürüb.

Son xəbərlər

Orphus sistemi