Bakı. 14 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Sərkərli kəndində orta yaşlı kişi bıçaqlanıb.
"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Musayev Elvin Malik oğlu tanışı ilə mübahisə edib və nəticədə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.