Yuxarı
    Bağlamaq

    Xaçmazda oğurluq edən 2 nəfər saxlanılıb

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

    Xaçmaz. 18 aprel. REPORT.AZ/ Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq edən 2 nəfəri saxlayıb.

    "Report"un Şimal bürosu xəbər verir ki, rayon Telekommunikasiya Qovşağına məxsus 60 metr uzunluğa malik kabeli oğurlayan şəxsin 1987-ci il təvəllüdlü Əkbər Məmmədov olması müəyyən edilib. O, əməliyyatçılar tərəfindən saxlanılıb.

    İstintaq tədbirləri zamanı Ə.Məmmədovun rayon sakini, 1993-cü il təvəllüdlü Taleh Xanəhmədovla əlbir olaraq 1 ədəd kombi oğurlaması da müəyyənləşdirilib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi