Xaçmazda oğul atasını qətlə yetirib

Xaçmazda oğul atasını qətlə yetirib Xaçmazda oğul 59 yaşlı atasını öldürüb. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb. Beləki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov aile münaqişəsi zəmnində öz oğlu Pərvin Ney
Hadisə
14 May , 2022 16:45
Xaçmazda oğul atasını qətlə yetirib

Xaçmazda oğul 59 yaşlı atasını öldürüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Beləki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov aile münaqişəsi zəmnində öz oğlu Pərvin Neymətov tərəfindən bıcaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi