Xaçmazda mənzildən 30 min manat dəyərində qızıl əşyalar oğurlanıb - FOTO

Xaçmazda mənzildən 30 min manat dəyərində qızıl əşyalar oğurlanıb - FOTO Oğurluq edən şəxs saxlanılıb
Hadisə
1 noyabr 2017 11:42
Xaçmazda mənzildən 30 min manat dəyərində qızıl əşyalar oğurlanıb - FOTO
Report

Quba. 1 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda mənzildən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, oktyabrın 27-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciət edən rayon sakini, Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. Şikayətçi ərizəsində evdə heç kim olmadığı vaxtda pəncərənin dəmir barmaqlığının sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri otuz min manat olan qızıl-zinət əşyalarının oğrulandığı barədə məlumat verib.

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Seymur Qafarzadə hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları tərəfindən dindirilərkən o, hadisəni törətdiyi etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Tutulan S.Qafarzadə əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır. 

Son xəbərlər

Orphus sistemi