Xaçmaz. 17 iyun. REPORT.AZ/ Xaçmaz rayonu ərazisində idarəetməni itirərək kanala düşən "VAZ-2106" markalı avtomobil, onun sürücüsü və 3 sərnişini tapılaraq xilas edilib.
"Report" xəbər verir ki, xilas edilən sərnişinlərdən biri 40 günlük körpə Mahmudov Nicat Sirac oğludur.
***22:55
Xaçmaz. 17 iyun. REPORT.AZ/ Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.
Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin dalğıc- xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər. Axtarış işlərini asanlaşdırmaq məqsədi ilə kanalda suyun həcmi azaldılıb.