Xaçmazda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb

Xaçmazda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb Faktla bağlı istintaq hərəkətləri davam etdirilir
Hadisə
29 dekabr 2016 17:21
Xaçmazda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb

Xaçmaz. 29 dekabr. REPORT.AZ/ Xaçmaz polisi mal-qara oğurluğu ilə məşğul olan şəxsləri ifşa edib.

"Report" xəbər verir ki, rayonun Pirquluoba kəndindən oğurluq edən 2 nəfər polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.

Oğurluq edənlərdən biri - Hüseynov İsrafil Tofiq oğlu Xaçmaz rayon sakini, digər şəxs - Şahbazov Asif Beykəs oğlu isə Xudat qəsəbə sakinidir.

İşi araşdıran polis kapitanı, müstəntiq Sahil Tağıyevin sözlərinə görə, onlar bir neçə vaxtdır ki, bu işlə məşğul olublar. Sonuncu oğurluq hadisəsi 2016-cı il dekabrın 25-dən 26-a keçən gecə baş verib.

Bu vaxta qədər dəstə tərəfindən hələlik istintaqa məlum olan hər bir evdən 1 baş mal-qara olmaqla, 3 evdən oğurluq edildiyi müəyyən olunub. Zərərçəkmişlərdən hələlik kənd sakini Abdurrəhmanov Şafqat Binaliyeviçin adı istintaqa məlumdur. Dəymiş ziyanın məbləği istintaq tərəfindən araşdırmalar nəticəsində məlum olacaq.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi