Xaçmazda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub - TƏFƏRRÜAT

Xaçmazda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub - TƏFƏRRÜAT Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub.
Hadisə
24 Oktyabr , 2019 09:33
Xaçmazda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub - TƏFƏRRÜAT

Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub.

"Report"un xəbərinə görə, hadisə ötən gün saat 11:30 radələrində rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səfər Qurbanov əvvəllər Gülyanə Qədirova ilə evli olub, 2017-ci ildə boşanıb, sonra ikinci dəfə ailə qurub.

S.Qurbanov son vaxtlar keçmiş arvadının başqa şəxslə evlənmək istədiyi barədə şayiələr eşidib və o, məsələyə aydınlıq gətirmək məqsədi ilə keçmiş qayınatası Əlihüseyn Qədirovun yaşadığı evə gedib. S.Qurbanov Ə.Qədirovu çölə çağırıb, darvazanın qarşısında keçmiş həyat yoldaşı barədə eşitdiklərini ondan soruşub. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb və S.Qurbanov özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirərək onu qətlə yetirib.

S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi