Xaçmazda karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı

Xaçmazda karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
28 Dekabr , 2020 15:54
Xaçmazda karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin qaydalarını pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan 4 işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi