Xaçmazda karantin qaydalarını pozan şəxslər aşkarlandı

Xaçmazda karantin qaydalarını pozan şəxslər aşkarlandı Bəzi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində “Aşura” mərasiminin təşkili ilə bağlı videogörüntülər paylaşılıb.
Hadisə
586
30 Avqust , 2020 22:18
Xaçmazda karantin qaydalarını pozan şəxslər aşkarlandı

Bəzi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində “Aşura” mərasiminin təşkili ilə bağlı videogörüntülər paylaşılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər.

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər.

Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi