Xaçmazda kafedə həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

Xaçmazda kafedə həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Yanvar , 2019 14:54
Xaçmazda kafedə həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Həmin ərazisində olan kafedə Tikanoba kənd sakini M.Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi