Xaçmazda kafedə həmyerlisini öldürən şəxsə hökm oxunub

Xaçmazda kafedə həmyerlisini öldürən şəxsə hökm oxunub Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 Yanvar , 2019 14:43
Xaçmazda kafedə həmyerlisini öldürən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Həmin ərazidə olan kafedə Tikanoba kənd sakini M.Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Xaçmaz rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi