Yuxarı
    Bağlamaq

    Xaçmazda iki mərtəbəli ev yanıb

    Hadisə rayonun Qobuqıraq kəndində baş verib

    Bakı. 22 May. REPORT.AZ/ Xaçmaz rayonu, Qobuqıraq kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus 2 mərtəbəli evin 2-ci mərtəbəsinin dam örtüyü, otaqlarının yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğından evin qalan hissəsi və bitişik köməkçi tikili mühafizə olunub. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi