Xaçmazda iki maşın toqquşub, 2 nəfər yaralanıb

Xaçmazda iki maşın toqquşub, 2 nəfər yaralanıb Yaralılardan birinin vəziyyəti ağırdır
Hadisə
24 Avqust , 2016 22:43
Xaçmazda iki maşın toqquşub, 2 nəfər yaralanıb

Xaçmaz. 24 avqust. REPORT.AZ/ Xaçmaz rayonunda "Mercedes" və "Qazel" markalı avtomobillərin toqquşması nəticəsində yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, qəza Gəndob-Yalama yolunun 20-ci km-də qeydə alınıb.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü, Qubanın 1983-cü il təvəllüdlü İsnovqışlaq kənd sakini Turab İlqar oğlu İsayev ağır yaralanıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından "Report"a verilən məlumata görə, Turab İsayev qapalı kəllə-beyin travması, sağ almacıq sümüyünün əzilməsi və sağ göz ətrafının hematomiyası diaqnozu ilə Reanimasiya şöbəsində ağır stabil olaraq qalır.

"Qazel"in sürücüsü Yusif Zərbəliyev isə yüngül bədən xəsarətləri alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi