Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
23 İyun , 2022 20:15
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Elnarə Nəcməddin qızı Məcidova, Siyəzən rayon sakinləri 1996-cı il təvəllüdlü Fərid Nəbi oğlu Əliyev, 1993-cü il təvəllüdlü Anar Teymur oğlu Əliyev və 1997-ci il təvəllüdlü Fərid Vuqar oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər dörd yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi