Xaçmazda həyətdə dəmir parçasının üzərinə yıxıldığını deyən şəxsin bıçaqlandığı məlum olub

Xaçmazda həyətdə dəmir parçasının üzərinə yıxıldığını deyən şəxsin bıçaqlandığı məlum olub Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Hadisə
24 Aprel , 2018 11:26
Xaçmazda həyətdə dəmir parçasının üzərinə yıxıldığını deyən şəxsin bıçaqlandığı məlum olub

Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, P.Məmmədov ilkin izahatında xəsarəti yaşadığı Bostançı kəndindəki evinin həyətində dəmir parçasının üzərinə yıxılması nəticəsində aldığını bildirib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla P.Məmmədovla həmkəndlisi İlqar İbrahimov arasında münaqişə baş verdiyi, bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.İbrahimov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi