Xaçmazda həmyerlisinin üzərinə benzin töküb yandıran şəxsin məhkəməsi başlayır

Xaçmazda həmyerlisinin üzərinə benzin töküb yandıran şəxsin məhkəməsi başlayır Xaçmaz rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Vüsal Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
22 Yanvar , 2021 10:13
Xaçmazda həmyerlisinin üzərinə benzin töküb yandıran şəxsin məhkəməsi başlayır

Xaçmaz rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Vüsal Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il may ayında baş verib. Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

V.Kərimova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi