Xaçmazda həmyerlisini öldürən şəxsin cəzası azaldılıb

Xaçmazda həmyerlisini öldürən şəxsin cəzası azaldılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
24 Avqust , 2017 13:00
Xaçmazda həmyerlisini öldürən şəxsin cəzası azaldılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Məhərrəmovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrında Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi