Xaçmazda həmyerlisini döyən şəxs tutuldu

Xaçmazda həmyerlisini döyən şəxs tutuldu Xaçmaz şəhərində xuliqanlıq hadisəsi baş verib.
Hadisə
4 Dekabr , 2020 12:51
Xaçmazda həmyerlisini döyən şəxs tutuldu
0 : 00
0 : 00

Xaçmaz şəhərində xuliqanlıq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 3-ü saat 11 radələrində Xaçmaz şəhəri ərazisində Ağtala kənd sakini İ.İsmayılovun xuliqanlıq zəminində döyülməsi və “VAZ-2106” markalı avtomobilinin yan şüşəsinin sındırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən T.Hümbətov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi