Xaçmazda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb - YENİLƏNİB-2

Xaçmazda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb - YENİLƏNİB-2 Xaçmaz rayonunda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.
Hadisə
9 aprel 2019 08:27
Xaçmazda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb - YENİLƏNİB-2
0 : 00
0 : 00

Xaçmaz rayonunda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

"Report"un yerli bürosu xəbə verir ki, şəhər ərazisində yerli sakin Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Ə.Yaqubov saxlanılıb.


*** 11:48

Xaçmaz rayonunda bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki, şəhər sakini Etibar Cavadov naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alaraq yaralı vəziyyətdə yolunj kənarına atılıb. Yerli sakinlər tərəfindən xəstəxanya çatdırılan E.Cavadovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən yerləşdirldiyi xəstəxanada keçinib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.

Hadisənin kim tərəfindən və hansı zəmində törədilməsi ilə bağlı araşdırmalara başlanılıb. 


*** 10:13

Xaçmaz rayon sakini bıçaqlanaraq qətlə yetirilib.

"Report"un yerli bürosu xəbər veri ki, orta yaşlı kişi çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı ağır və huşsuz vəziyyətdə gətirildiyi üçün onun şəxsiyyətini müəyyən edilməyib.

Yaralılya ilkin tibbi yardım göstərilsə də həkimlərin səyinəı baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi