Yuxarı
    Bağlamaq

    Xaçmazda həmkəndlisini öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

    Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report“un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə G.Məhhərəmov 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

    G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi