Xaçmazda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xaçmazda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Xaçmazda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Nizami Baxışovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
285
22 Yanvar , 2022 17:36
Xaçmazda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xaçmazda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Nizami Baxışovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustunda Xaçmaz rayonunda baş verib.

Belə ki, N.Baxışov yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kənd sakini Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nizami Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi